16:15 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. 1 sentyabr 2026-cı ildən etibarən Çində xarici investisiyalı müəssisələrdən dividend və bonus alan xarici fiziki şəxslər 20% dərəcəsi ilə fərdi gəlir vergisi ödəməlidirlər.
Çin Maliyyə Nazirliyinin qərarına əsasən, vergi ödənişi həyata keçirən şirkət tərəfindən tutulmalı və növbəti ayın 15-dək bəyan edilməlidir.
Əgər vergi tutulmazsa, gəlir əldə edən şəxs ödənişi növbəti ilin 30 iyun tarixinədək müstəqil şəkildə həyata keçirməlidir. Bu qayda 1994-cü ildən bəri qüvvədə olan vergi azadlığını ləğv edir.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026