09:21 - 7.09.2026
7 Sentyabr, Fineko/abc.az. Qlobal birjalarda spot qızılın qiyməti 0,5% ucuzlaşaraq bir unsiyası üçün 4 405,47 ABŞ dollarına düşüb. ABŞ-ın fiziki qızıl fyuçersləri də eyni nisbətdə geriləyərək 4 452,20 dollar təşkil edib. Qiymətlərin enməsinə ABŞ-da əmək bazarı göstəricilərinin gözləntilərdən güclü gəlməsi və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağı ehtimallarının yüksəlməsi səbəb olub.
İnvestorlar bu həftə açıqlanacaq ABŞ-ın İstehlak Qiymətləri İndeksi (TÜFE/CPI) göstəricilərini gözləyirlər. CME-nin "FedWatch" alətinə əsasən, bazarlar FED-in 15-16 sentyabr iclasında faiz artırma ehtimalını 58,4% olaraq qiymətləndirir.
Digər qiymətli metalların dinamikası:
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026