10:07 - 7.09.2026
7 sentyabr, Fineko/abc.az. Cəbrayıl rayonunda həyata keçirilən Şəfəq günəş layihəsində tikinti işləri davam edir və layihəyə hazırda təxminən 420 yerli işçi cəlb olunub. Bu barədə “BP Azərbaycan”ının rüblük hesabatında qeyd edilib.
2026-cı ilin birinci yarısında fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması tamamlanıb, payaların və izləyici sistemlərin quraşdırılmasında ciddi irəliləyiş əldə olunub. Aprelin əvvəlində layihə sahəsində ilk günəş paneli də quraşdırılıb.
Layihədə çalışan yerli işçilərdən 150-si işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə 700-dən çox iş yerinin yaradılması gözlənilir.
“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində bp 40,01%, “SOCAR Green” 39,99%, Azərbaycan Biznesinin İnkişafı Fondu 10%, “MVM” isə 10% paya malikdir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam etdirilməsi planlaşdırılır.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026