14:22 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına əsasən, avqust ayında qlobal ərzaq qiymətləri indeksində aylıq bazda 1,9% artım qeydə alınaraq 133,3 bəndə çatıb. Bu, 2022-ci ilin sonundan bəri ən yüksək göstəricidir.
Qiymətlərin bahalaşmasına əsasən şəkər (11,9% sıçrayış), taxıl (2,2%) və süd məhsulları öncülük edib.
Mütəxəssislər artımı Yaxın Şərq və Qara dəniz regionundakı gərginliklər, logistika problemləri və Avropadakı quraqlıq, eləcə də "El-Ninye" hava fenomeni ilə əlaqələndirirlər. BMT ekspertləri tədarük risklərinin artması səbəbindən yeni inflyasiya şokları barədə xəbərdarlıq edirlər.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026