Macarıstandan Aİ büdcəsinə şərtli dəstək: Budapeşt sürətləndirilmiş üzvlüyə qarşıdır

22:21 - 3.09.2026


3 Sentyabr, Fineko/abc.az. Macarıstanın Baş naziri Peter Magyar Avropa İttifaqının 2028–2034-cü illəri əhatə edən büdcəsini yalnız ölkə xalqının və biznes icmasının maraqlarına cavab verəcəyi təqdirdə qəbul edəcəklərini bəyan edib.

Aİ Şurasının sədri Antonio Kosta ilə görüşdən sonra açıqlama verən Magyar, qanunsuz miqrasiya ilə mübarizədə sərhəd təhlükəsizliyinin qorunacağını və Budapeştin heç bir namizəd ölkə üçün sürətləndirilmiş Aİ-yə qəbul prosesini dəstəkləmədiyini vurğulayıb.

Bundan əlavə, Macarıstan tərəfi miqrasiya siyasətinə görə tətbiq edilən gündəlik 1 milyon avroluq cərimənin dayandırılması ilə bağlı Brüsseldən tezliklə həll yolu gözlədiyini diqqətə çatdırıb.