22:18 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. ABŞ Ticarət Nazirliyinin açıqladığı son məlumatlara görə, 2026-cı ilin iyul ayında ölkənin xarici ticarət kəsiri aylıq bazda 24,4% artaraq 88,6 milyard dollara yüksəlib. Bu, 2025-ci ilin əvvəlindən bəri qeydə alınan en yüksək göstəricidir.
Hesabat dövründə ABŞ-ın idxalı 2,8% artdığı halda, ixracat 2,1% azalıb.
Kəsirin kəskin böyüməsinə əsas səbəb süni intellekt infrastrukturu üçün tələb olunan kompüter, yarımkeçirici və telekommunikasiya avadanlıqlarının daxil olduğu kapital malları idxalının 11,4% artması olub. Bu, 1993-cü ildən bəri qeydə alınan ən böyük aylıq idxal artımıdır. Paralel olaraq, Vaşinqtonun Kanada mənşəli mallara 50%-lik yeni gömrük rüsumları tətbiq etməsi və Yaxın Şərqdəki gərginlik fonunda ticarət müharibələri xarici ticarət balansına təsir göstərməkdə davam edir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026