16:06 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. Avropa İttifaqının Statistika İdarəsinin ("Eurostat") məlumatına görə, iyul ayında Avrozonada İstehsalçı Qiymətləri İndeksi (ÜFE) aylıq müqayisədə 1,6%, illik müqayisədə isə 5,8% artıb. Analitiklər aylıq artımın 1,2% səviyyəsində olacağını proqnozlaşdırırdılar.
Bütün Avropa İttifaqı üzrə göstərici aylıq 1,4%, illik isə 5,6% təşkil edib. Qiymət artımına əsas təsir enerji sektorundan gəlib — burada aylıq bahalaşma 5,6% olub.
Aİ ölkələri arasında aylıq bazda ən yüksək artım İrlandiyada (4,3%), İspaniyada (3%) və İtaliyada (3%) qeydə alınıb. İllik müqayisədə isə İrlandiya (+14,8%), Litva (+12,9%) və Bolqarıstan (+12,5%) liderlik edir, Lüksemburqda isə 7,3%-lik azalma müşahid olunub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026