16:42 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. ABŞ-nin maliyyə naziri Skott Bessent çərşənbə günü bəyan edib ki, Tramp administrasiyası İran iqtisadiyyatına təzyiqləri artırmaq strategiyası çərçivəsində aviaşirkətləri, dənizçilik sektorunu və rəqəmsal aktivləri yeni sanksiya hədəfləri kimi nəzərdən keçirir.
Nazirin sözlərinə görə, Vaşinqton Tehranın sanksiyalardan yayınmaq və neft gəlirlərini transfer etmək üçün istifadə etdiyi bütün maliyyə zəncirini və vasitəçilərini xəritələndirib.
"İqtisadi Təcrid" (Operation Economic Outcast) adlandırılan genişmiqyaslı əməliyyat çərçivəsində aviasiya, dəniz daşımaları, qızıl, texnologiya və kriptovalyuta/rəqəmsal aktivlər sektorları risk zonasında yer alır. Məqsəd İran rejiminin qlobal maliyyə sisteminə çıxış kanallarını tamamilə bloklamaqdır.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026