XÖHKS vasitəsilə əməliyyatların həcmi 5.1 milyard manatı keçib

17:28 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu ilin iyul ayında Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə 5.188 milyard manat həcmində 8.177 milyon əməliyyat aparılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların həcmi 52 milyon manat və ya 11.1% artsa da, əməliyyatların sayı 2.214 milyon vahid (21.3%) azalıb.

Eyni zamanda, iyul ayının sonuna bank sistemi və “Azərpoçt” MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı illik müqayisədə 8.9% artaraq 22.785 milyon ədədə çatıb.