Azərbaycanda “UnionPay” kartları ilə əməliyyatların həcmi kəskin artıb

15:57 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistik bülletenə əsasən, iyul ayının sonuna rezident maliyyə təşkilatları tərəfindən emissiya olunmuş “UnionPay” kartları ilə 200 min manatdan çox həcmdə 2.2 min əməliyyat həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyatların sayı 11 dəfə (2 mindən çox), həcmi isə 6.7 dəfə (170 min manatdan çox) artıb.

Eyni zamanda, hesabat dövründə qeyri-rezident maliyyə təşkilatlarının emissiya etdiyi “UnionPay” kartları ilə ölkə ərazisində 2.4 min əməliyyat aparılıb və bu əməliyyatların ümumi həcmi 300 min manat təşkil edib.