10:29 - 2.09.2026
2 Sentyabr, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı Qərb ölkələrinin Rusiya banklarının nağd dollar və avro əldə etməsinə tətbiq etdiyi sanksiyaların davam etməsi səbəbindən nağd xarici valyutanın çıxarılmasına dair məhdudiyyətlərin müddətini 2027-ci il martın 9-dək uzadıb.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, məhdudiyyətlərin uzadılmasına əsas səbəb Qərb sanksiyaları çərçivəsində Rusiya maliyyə institutlarına nağd valyuta tədarükünün qadağan edilməsinin qüvvədə qalmasıdır.
Xatırladaq ki, ilk dəfə 2022-ci ilin martında tətbiq edilən bu qaydalara əsasən, vətəndaşların banklardakı valyuta hesablarından nağd vəsait çıxarması məhdudlaşdırılıb və əməliyyatların yalnız rubl ekvivalentində həyata keçirilməsinə icazə verilir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026