22:15 - 1.09.2026
1 Sentyabr, Fineko/abc.az. Dünyanın aparıcı maliyyə nəhəngləri rəqəmsal aktivlər bazarında iri layihəyə start verirlər. "Goldman Sachs", "Bank of America", "Citi" və "Deutsche Bank" da daxil olmaqla 21 maliyyə institutundan ibarət konsorsium ABŞ dollarına bağlı yeni kriptovalyuta (steyblkoin) buraxmaq niyyətindədir.
Açıqlanan məlumata görə, tərəfdaşlar layihənin icrası məqsədilə bu ilin sonunadək birgə şirkət təsis etməyi planlaşdırırlar. Yeni rəqəmsal aktivin emissiyasının isə 2027-ci ilin birinci yarısında həyata keçirilməsi nəzərdə tutulur. Bu təşəbbüs institusional investorların rəqəmsal valyutalara olan marağının artdığını və ənənəvi bank sektorunun blokçeyn texnologiyalarına inteqrasiyasını daha da sürətləndirəcəyini nümayiş etdirir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026