"Honda" Çin rəqabətinə qarşı 9 mlrd dollarlıq xərclərə qənaət planı çərçivəsində təchizatçılardan qiymətləri endirməyi tələb edir

10:46 - 2.09.2026


2 Sentyabr, Fineko/abc.az. Yaponiyanın "Honda" avtomobil konserni Çin istehsalçılarının artan rəqabət təzyiqinə cavab olaraq önümüzdəki dörd il ərzində 9 milyard dollardan çox xərclərə qənaət etməyi planlaşdırır.

"Reuters" agentliyinin  verdiyi məlumata görə, şirkət təchizatçılarından ehtiyat hissələrinin qiymətini 30% dəfəyədək kəskin şəkildə azaltmağı tələb edib.

Konsern 2030-cu ilə qədər ümumilikdə 1.5 trilyon yen (9.4 milyard dollar) həcmində qənaət etməyi hədəfləyir. Elektrik avtomobilləri (EV) sektorunda Zərərinin 12 milyard dollardan çox olacağını gözləyən "Honda" diqqətini hibrid modellərə yönəldir. Bu addım BYD və digər Çin EV istehsalçılarının Cənub-Şərqi Asiya, Latın Amerikası və Avropada bazar payını sürətlə artırması fonunda yapon avtomobil nəhənginin çətinliklərlə üzləşən avtomobil biznesini bərpa etmək strategiyasının tərkib hissəsidir.