Fərdi sahibkarların banklardakı əmanətləri 430.1 milyon manata yüksəldi

11:19 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az. Azərbaycanda fərdi sahibkarların banklardakı əmanətlərinin həcmi 2026-cı ilin 1 avqustunda 430.1 milyon manata yüksəlib.

ABC.AZ Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin əvvəlindən 29%, son bir ildə isə 26% artımdır. Bu depozitlərinin 76.8 milyon manatı isə xarici valyutadadır. Bu da ümumi portfelin cəmi 18%-ni təşkil edir. İlin əvvəlində portfeldə xarici valyutanın payı 7% idi.

Bununla belə ən yüksək göstərici 2026-cı ilin 1 yanvarında olmuşdu. Həmin zaman fiziki şəxs sahibkarların banklardakı depozitləri 448.9 milyon manat təşkil edirdi.

Banklar bu dövrdə fərdi sahibkarla verdiyi kreditlərin həcmi isə 4 milyard 629.3 milyon manat olmaqla ilk 7 ayda 7.5 faiz yüksəlib.