Altı bankın faiz xərcləri 50 milyon manatdan çox olub - Siyahı    

15:08 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az Azərbaycanda bu ilin ikinci rübünün sonuna olan vəziyyətə görə 6 bankın faiz xərcləri 50 milyon manatdan çox olub.

Bu barədə bankların rüblük hesabatları əsasında hazırlanmış faiz xərclərinin həcmi üzrə renkinqdə qeyd edilib. 

Renkinqə görə, faiz xərcləri ən çox olan bank «ABB» olub. Bankın faiz  xərcləri 219,7 milyon manat təşkil edir. Ənənəvi olaraq ikinci yerdə 164,7 milyon manat faiz xərci ilə «Kapital Bank» dayanıb. Bu bankları 110 milyon manat faiz xərci ilə «PAŞA Bank» izləyib.

Faizlərə daha çox xərci çıxan digər bank «Bank Respublika» olub. Bu bankın faiz xərclərinin həcmi 63,4 milyon manat təşkil edib.

Siyahının beşinci yerində 61,1 milyon manat faiz xərci ilə «Unibank», altıncı yerində 56,4 milyon manat faiz xərci ilə «Accesbank» dayanıb. (C) Fed