16:54 - 1.09.2026
1 sentyabr, Fineko/abc.az. Milli Depozit Mərkəzi (MDM) İsveçin paytaxtı Stokholmda keçirilmiş "PostTrade 360° 2026" tədbiri çərçivəsində Avropa Mərkəzi Depozitarlar Assosiasiyasına (AMDA) üzv qəbul olunub.
Bu barədə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, MDM-in Assosiasiyaya üzvlüyü ilə bağlı qərar AMDA-nın Direktorlar Şurasının iclasında qəbul edilib. İclasda Mərkəzin İdarə Heyətinin sədri Elçin Əlizadə və onu müşaviri Müşfiq Əhmədli iştirak ediblər.
İclas çərçivəsində Şurada MDM-in kapital bazarındakı rolu, institusional və texnoloji inkişaf istiqamətləri, həyata keçirilən islahatlar, eləcə də beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat həyata keçirilib.
AMDA qitənin post-ticarət (post-trade) və mərkəzi depozitar ekosisteminin aparıcı peşəkar platformalarından biridir. Assosiasiya 40 milli və beynəlxalq mərkəzi depozitarı birləşdirir. Onun üzvləri sırasında "Euroclear", "Clearstream", "SIX SIS", "Nasdaq CSD" və "Euronext Securities" kimi aparıcı maliyyə bazarı infrastrukturları yer alır.
AMDA-ya üzvlük Azərbaycanın kapital bazarı infrastrukturunun Avropa maliyyə bazarlarına inteqrasiyasının genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübə və standartların tətbiqinin təşviqi, eləcə də aparıcı mərkəzi depozitarlarla institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026