21:34 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Son aylarda varlı rusiyalılar investisiyalarını aktiv şəkildə kriptovalyutalara, qızıla, xaricdə daşınmaz əmlaka və Fars körfəzi ölkələrindəki fondlara yönəldirlər.
Bu barədə Bloomberg agentliyi yazır.
Mənbələrin qiymətləndirməsinə görə, ilin əvvəlindən qeyri-rəsmi kapital axını on milyardlarla dollar təşkil edib və 2025-ci ilin göstəricilərini üstələyib. Əsas səbəblər müsadirə riskləri və iqtisadi qeyri-sabitliklə bağlı narahatlıqlardır.
Kapital əsasən BƏƏ, Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrə yönəldilir. Bu tendensiya Rusiyada aktivlərin milliləşdirilməsi hallarının artması və biznesdən “könüllü ödənişlər” gözləntiləri fonunda güclənib.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026