“Anthropic” IPO öncəsi kredit xətlərini genişləndirir

21:43 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Süni intellekt şirkəti “Anthropic” banklarla kredit xətlərinin bir neçə milyard dollar həcmində artırılması üzrə danışıqlar aparır.

Bu barədə “The Information” nəşri məlumat yayıb.

Məlumata görə, əlavə maliyyələşmə bu il planlaşdırılan mümkün IPO ərəfəsində şirkətin likvidliyinin artırılmasına xidmət edəcək. Cəlb olunacaq vəsaitlərin infrastrukturun genişləndirilməsi və yeni məhsulların hazırlanmasına yönəldilməsi nəzərdə tutulur.
Mənbələr bildirir ki, oxşar yanaşma əvvəllər SpaceX tərəfindən də tətbiq olunub. Şirkət məsələ ilə bağlı rəsmi açıqlama verməyib, kredit xətlərinin həcmi və IPO-nun vaxtı açıqlanmır.