Abu-Dabidə $10,9 milyardlıq “sağlamlıq adası” tikilir

21:28 - 16.07.2026


16 iyul, Fineko/abc.az. Abu-Dabidə təxminən $10,9 mlrd dəyərində Fəhid adası layihəsi həyata keçirilir. Layihəni Aldar Development şirkəti həyata keçirir.

Məlumata görə, 2029-cu ilə qədər burada 6 mindən çox yaşayış obyekti inşa olunacaq və sağlamlıq və komforta yönəlmiş şəhər mühiti yaradılacaq. Layihənin əsas elementi 10 kilometrlik park olacaq, ərazinin təxminən 30%-i isə təbii zonalara ayrılacaq.

Layihə kölgəli küçələr, piyada əlçatanlığı və istirahət-idman infrastrukturu ilə seçiləcək. Adada həmçinin britaniyalı King’s College School Wimbledon məktəbinin kampusu açılacaq.
Fəhid Abu-Dabinin investorların cəlbi və yüksək həyat keyfiyyətinin təmin edilməsi istiqamətində əsas layihələrindən biri kimi təqdim olunur.