17:19 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin I yarısında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 525,7 manatlıq alış-veriş edib ki, bunun da 285,7 manatı ərzaq, içki və tütün məhsullarına, 240 manatı isə qeyri-ərzaq mallarına xərclənib.
Alıcıların ümumi xərclərinin strukturunda ən böyük payı 49,9% ilə birbaşa ərzaq məhsulları tutub.
Digər xərc istiqamətləri arasında digər qeyri-ərzaq malları (17,9%), toxuculuq, geyim və ayaqqabı (12,6%), avtomobil yanacağı (6,3%), elektrik malları və mebel (4,7%), içkilər və tütün (4,4%), əczaçılıq məhsulları (2,8%), həmçinin kompüter və telekommunikasiya avadanlıqları (1,4%) yer alıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026