15:02 - 15.07.2026
15 iyul, Fineko/abc.az. Bu ilin yanvar–iyun aylarında Azərbaycandan Ermənistana ixrac olunan məhsulların ümumi dəyəri 17,1 milyon ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, ixracın əsas hissəsini benzin və dizel yanacağı təşkil edir.
Bununla yanaşı, cari ildə ilk dəfə olaraq Azərbaycanda istehsal olunan istilik izolyasiya panellərinin kiçik həcmli sınaq partiyası da Ermənistana ixrac edilib. Bu, sözügedən məhsulun Ermənistan bazarına ilk tədarükü hesab olunur.
Beləliklə, neft məhsulları ilə yanaşı, Azərbaycanın qeyri-neft sənayesinə aid məhsullar da Ermənistan istiqamətində ixrac portfelinə daxil olmağa başlayıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026