Xarici şirkətlər Haynanda investisiya fəaliyyətini gücləndirib

20:00 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Çin Xalq Respublikasının Haynan əyalətində xüsusi gömrük rejimi olan azad ticarət limanının tətbiqindən sonra xarici şirkətlərin investisiya fəallığı artıb.

ABC.AZ xəbər verir ki, 2025-ci ilin dekabrından 2026-cı ilin aprelinədək olan dövrdə xarici kapitalla 1 016 yeni müəssisə qeydiyyatdan keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çoxdur.

Artım əsasən vergi və gömrük güzəştləri ilə bağlıdır. Buraya bir sıra məhsullar üzrə sıfır idxal rüsumları, həmçinin emal və ticarət üzrə sadələşdirilmiş rejimlər daxildir. Haynan getdikcə yalnız Çin bazarına çıxış nöqtəsi deyil, həm də Asiya-Sakit okean regionu üçün regional mərkəz kimi qiymətləndirilir.
İlk iri layihələrdən biri Almaniyanın Siemens Energy şirkətinin Yanpu sənaye zonasındakı qaz turbin avadanlıqlarının yığılması və servis mərkəzidir.