16:57 - 19.05.2026
19 may, Fineko/abc.az. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Yas adasında yerləşəcək Sphere Abu Dhabi adlı möhtəşəm əyləncə kompleksinin tikintisi elan edilib. Oxşar formatda bir obyekt artıq Las-Veqasda mövcuddur.
ABC.AZ xəbər verir ki, layihə Yas Mall ticarət mərkəzi ilə SeaWorld Abu Dhabi akvaparkı arasında, Zayed Beynəlxalq Hava Limanından bir neçə dəqiqəlik məsafədə yerləşəcək. Layihənin dəyəri 1,7 milyard dollar təşkil edir, tikintinin isə 2029-cu ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Sphere Experiences tədbirləri BƏƏ-nin mədəniyyətini və irsini əks etdirəcək. Kompleksin sferik LED fasadında əmirlik rəssamlarının əsərlərinin nümayişi nəzərdə tutulur.
Məkan eyni anda 20 minə qədər ziyarətçi qəbul edə biləcək.
Layihənin ölkənin iqtisadiyyatının şaxələndirilməsinə və Yas adasının qlobal tədbir məkanı kimi mövqeyinin gücləndirilməsinə töhfə verməsi gözlənilir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026