Şoyqu: Qərb təxminən 590 milyard dollar aktivləri dondurub

16:59 - 14.05.2026


14 may, Fineko/abc.az. Qərb ölkələri Rusiya, Kuba, Venesuela, İraq, İran, KXDR, Liviya və Əfqanıstana məxsus təxminən 590 milyard dollar məbləğində aktivləri dondurub.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin görüşündə bildirib.

Onun sözlərinə görə, bloklanmış vəsaitlərin əhəmiyyətli hissəsi Əfqanıstana aiddir (təxminən 100 milyard dollar), bu da ölkədə iqtisadi vəziyyətin normallaşmasını çətinləşdirir. Şoyqu həmçinin bildirib ki, bu aktivlərin bir hissəsi ABŞ, Böyük Britaniya və Almaniya tərəfindən istifadə olunub, o cümlədən Co Bayden administrasiyasının 11 sentyabr terror qurbanlarının ailələrinə 3,5 milyard dollar yönəltməsi qərarı qeyd edilib.