14:49 - 17.02.2026
17 fevral, Fineko/abc.az. Rusiyada pərakəndə və onlayn satılan hazır yemək üçün məcburi sanitariya standartlarının tətbiqi nəzərdən keçirilir.
ABC.AZ xəbər verir ki, təşəbbüsü, sənaye istehsalı olan qida bazarının sürətli böyüməsini qeyd edən “Rospotrebnadzor” irəli sürüb. 2025-ci ildə qurum hazır yemək istehsalı və satışı ilə bağlı metodiki tövsiyələri təsdiqləyib, məhsul anlayışını ilk dəfə qanuniləşdirib, lakin həmin qaydalar könüllü olub.
Yeni tənzimləmə qəbul edilərsə, tələblər bütün bazar iştirakçıları üçün məcburi olacaq: istehsalçılar HASSP sisteminə nəzarət prosedurlarını tətbiq etməyi, laboratoriya müayinələrini aparmağı, qablaşdırmada qazla modifikasiya olunmuş mühitdən istifadə etməli və mətbəx fabriki işçiləri üçün sərtləşdirilmiş sanitar-gigiyenik normalara riayət etməlidirlər.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026