Adani və Embraer Hindistanda aviasiya istehsalı klasteri yaradacaq

17:32 - 27.01.2026


27 yanvar, Fineko/abc.az. Hindistanın Adani Group konqlomeratı və Braziliyanın Embraer korporasiyası strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.

ABC.AZ xəbər verir ki, əməkdaşlığın məqsədi Hindistanda mülki təyyarələrin istehsalı, hava gəmilərinə texniki xidmət və kadr hazırlığı üçün ilk özəl istehsal platformasının yaradılmasıdır.

Hal-hazırda tərəfdaşlar zavod üçün yer seçir və lokalizasiya modelləri üzrə qərar verirlər. Layihə, Embraer texnologiyalarını artan Hindistan hava bazarını inkişaf etdirmək üçün Adani sənaye imkanları ilə birləşdirəcək.