İşsizlik səviyyəsi yuvarlaq olaraq 5.2 faizdə sabit qalıb - DSK

10:05 - 17.11.2025


17 noyabr, Fineko/abc.az. 2025-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlərin sayı 278.9 min nəfərə düşüb. Halbuki, bu ilin əvvəlində 282.7 min nəfər, öncəki ayda isə 279.3 nəfər idi.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, işsizlik səviyyəsi yuvarlaq olaraq 5.2 faizdə sabit qalıb.

Məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 381.5 min nəfər olmuş, onlardan 5 milyon 102.6 min nəfərini məşğul əhali təşkil edib.

Cari il oktyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 781.4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 863.2 min nəfər, qeyri-dövlət sektorunda isə 918.2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.3 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 750.1 min nəfər çalışmışdır.