14:41 - 3.06.2025
3 iyun, Fineko/abc.az. Qarabağ Dirçəliş Fondu 2025-2026-cı akademik ili çərçivəsində Qarabağ Universitetində təhsil alan 50 tələbəyə təqaüd dəstəyi göstərəcək.
ABC.AZ xəbər verir ki, bununla bağlı Fond Xankəndidə keçirilən “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” çərçivəsində təşəbbüslə çıxış edib.
Bildirilib ki, məqsəd azad olunmuş ərazilərdə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin potensialının üzə çıxarılması və dayanıqlı inkişafı təmin etməkdir.
Təşəbbüs Forum çərçivəsində Qarabağ Dirçəliş Fondu ilə Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən Təhsilin İnkişafı Fondu arasında Memorandumun imzalanması ilə rəsmiləşdirilib. Proqrama əsasən, seçilmiş hər bir tələbə bir akademik il ərzində hər ay 200 manat məbləğində təqaüdlə təmin olunacaq. Bu, ümumilikdə, hər tələbə üçün 2 min manat təşkil edir. Təqaüdə namizədlər universitet tərəfindən akademik göstəricilər əsasında, Təhsilin İnkişafı Fondu ilə əlaqəli şəkildə müəyyən olunacaq.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026