11:16 - 16.01.2025
16 yanvar, Fineko/abc.az. “Meta” fevralın 10-da fəaliyyətini nəzərdən keçirdikdən sonra işçilərinin 5%-ni ixtisar etməyi planlaşdırır.
ABC.AZ xəbər verir ki, bu barədə “Wall Street Journal”da məqalə dərc olunub.
Məqalədə qeyd edilib ki, Şirkətin CEO-su Mark Zukerberq bildirib ki, işdən performansı aşağı olan işçiləri azad edəcək.
2023-cü ildə “Meta” çətin iqtisadi şəraitdə şirkətin səmərəliliyini artırmaq üçün daha 10 000 işçini ixtisar edəcəyini açıqlayıb.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026