Britaniyaya getmək çətinləşir - İşçi vizalarınının veriməsi sərtləşdirilir

10:26 - 5.12.2023


5 dekabr, Fineko/abc.az. Britaniya krallığına qanuni miqrant axınını ildə 300 min nəfər azaltmaq üçün viza və iş icazələrinin alınması qaydaları sərtləşdiriləcək.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Britaniyanın daxili işlər naziri Ceyms Kleverli məlumat verib.

O bu barədə Kleverli Britaniya parlamentinin İcmalar Palatasında bildirib.

Britaniya Daxili İşlər Nazirliyinin rəhbərinin təklifləri 2024-cü ildə qüvvəyə minməlidir. Onlar ölkədəki işəgötürənin iş vizası üçün müraciət edən əcnəbi işçiyə ödəməli olduğu minimum əmək haqqının 50% artırılmasını nəzərdə tutur.