Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsi 62 milyard dollara çatıb

16:25 - 4.09.2023


4 sentyabr, Fineko/abc.az. Türkiyə ilə Rusiya arasında ticarət həcmi 62 milyard dollara çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.

O qeyd edib ki, iki ölkə rəqəmi 100 milyard dollara çatmağı hədəfləyir. Ərdoğan, həmçinin ticarətdə milli valyutanın istifadə edilməsi məsələsi istiqamətində də işlərin davam etdiyini bildirib.