Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

12:29 - 21.07.2023


21 iyul, Fineko/abc.az. Kanada Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinə cavab olaraq bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edib.

ABC.AZ xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kanada Rusiyanın hərbi sənaye kompleksi ilə əlaqəli 20 fiziki və 21 hüquqi şəxsə və Rusiyanın mədəniyyət və təhsil sektorları ilə əlaqəli 19 fiziki və 4 hüquqi şəxsə qarşı sanksiya tətbiq edir.

Sanksiya tətbiq olunan şəxslər arasında “Vaqner” Qrupunun filialının rəhbəri İvan Maslov da daxil olmaqla, həm Ukraynada, həm də Afrikada fəaliyyət göstərən “Vaqner” Qrupunun rəhbərləri var.