14:45 - 19.07.2023
19 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Ukrayna 30.4 milyard dollarlıq idxal və 19.4 milyard dollarlıq ixrac əməliyyatı həyata keçirib. Beləliklə, ölkənin xarici ticarətində 11 milyard dollar defisit yaranıb.
ABC.AZ xəbər verir ki, bu barədə Ukrayna Dövlət Gömrük İdarəsinin hesabatında qeyd edilib.
Qeyd olunub ki, idxal olunan məhsulun 67 faizini (8.9 milyard dollar) maşın, avadanlıq və nəqliyyat vasitələri təşkil edib. Bundan başqa, ölkəyə 5.8 milyard dollarlıq yanacaq və enerji, 5.5 milyard dollarlıq kimya sənayesi məhsulu idxal olunub. Ukrayna əsas tədarükçüləri olan Çindən 4.7 milyard, Polşadan 3.2 milyard və Türkiyədən 2.4 milyard dollarlıq məhsul alıb.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026