15:14 - 18.05.2018
18 may, Fineko/abc.az. Mayın 17-18-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası keçirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında deyilir ki, tədbirdə Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
“İclasda aşağıdakı Şuranın 67-cı iclasında qəbul edilən qərarların yerinə yetirilməsi, həmçinin 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri haqqında; 2018/2019-cu illər üçün qatarların hərəkət cədvəlinin normativləri haqqında; 2017-ci ildə konteynerlərin siyahıya alınmasının nəticələri, həmçinin 2018-ci il üçün yük qatarlarının siyahıya alınmasına dair hazırlıqlar haqqında; 2017-ci il və 2018-ci ilin ilk rübündə dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmalar haqqında və s. məsələlər müzakirə olunub”, - məlumatda belə deyilir.
Məlumatda deyilir ki, tədbirin sonunda yekun protokol imzalanacaq.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026