12:04 - 15.05.2018
15 may, Fineko/abc.az. Azərbaycanın yük aviaşirkəti “Silk Way West Airlines” iki yeni “Boeing 747-400” təyyarəsini alıb.
“The Loadstar” portalının xəbərinə əsasən, keçən həftə şirkət əvvəlcə “Malaysian Airlines”a məxsus 747-400F təyyarəsini aldı, ikincisi isə iyun ayında göndəriləcək.
"Həmçinin apreldə həftədə iki dəfə Belçikaya, Lyejə uçuşlar başlandı və iki illik fasilədən sonra Budapeştə uçuşların bərpa olundu”, - şirkətdən belə bildirildi.
Hazırda Silk Way West 45 istiqamətdə fəaliyyət göstərir.
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026