16:08 - 12.05.2022
12 may, Fineko/abc.az. Qərbin Rusiyaya qarşı sanksiyaları daha çox o sanksiyaları tətbiq edən ölkələrə zərər vurur, həmçinin, qlobal böhran doğurur.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin iqtisadi məsələlərlə bağlı iclasda deyib.
Rusiya lideri sanksiyalara görə, ayrı-ayrı Avropa ölkələrində inflyasiyanın 20%, avrozona üçün isə ümumilikdə 11% artdığını qeyd edib.
“Rusiyaya qarşı sanksiyaların qlobal nəticələri, o cümlədən bəzi ölkələrdə aclığın baş verməsi dominantlıq naminə qalan dünyanı qurban verməyə hazır olan Qərbin üzərində olacaq”, - Putin vurğulayıb.
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026
16 İyul 2026