Ötən il vətəndaş cəmiyyəti institutlarına 167 mln. manat ayrılıb - Hesabat

15:21 - 9.03.2022


9 mart, Fineko/abc.az. 2021-ci ildə 2 siyasi partiya, 166 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb.

ABC.AZ xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il hesabatında əksini tapıb.

Hesabatda bildirilib ki, vətəndaş cəmiyyəti institutlarına 167 mln. manat vəsaitin ayrılması qeydə alınıb.

41 mətbu nəşr uçota götürülüb, sahibkarlıq sahəsində qeydiyyata alınmış yoxlamaların sayı 56 min təşkil edib.