Bu ölkə ərzaq almaq üçün hər vətəndaşına 1280 dollar verəcək

15:00 - 23.02.2022


23 fevral, Fineko/abc.az. Honq Konq hakimiyyəti pandemiya zamanı istehlakı stimullaşdırmaq üçün Çinin bu xüsusi inzibati bölgəsinin sakinlərinə yenidən elektron kuponlar paylayacaq.

ABC.AZ xəbər verir ki, hakimiyyət dairələrindən bildirilib ki, bu, adambaşına 10,000 Honq Konq dolları (1,280 dollar) deməkdir.

Bu da keçən illə müqayisədə iki dəfə çoxdur.

“Keçən il biz ilk dəfə olaraq istehlak çeki sxemini təqdim etdik. O, bazar əhval-ruhiyyəsinin yüksəldilməsində, yerli istehlakın stimullaşdırılmasında və iqtisadi bərpanın sürətləndirilməsində təsirli olmuşdur. Bu, həm də elektron ödənişlərin genişlənməsinə öz töhfəsini verib”, - deyə hakimiyyət daxili mənbələrdən bildirilib.

Müəllif: Elmir Murad