İsmayılova görə Rusiya və Montoneqro arasında münasibətlər pisləşdi

14:37 - 2.02.2022


2 fevral, Fineko/abc.az. Bir müddət əvvəl Montoneqrodan siyası sığınacaq alan azərbaycanlı İş adamı Telman İsmayılova görə, Moskva ilə Podqoritsa arasında münasibətlər soyumağa başlayıb.

ABC.AZ-ın məlumatına görə, artıq münasibətlər o qədər kəskinləşib ki, Montoneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.

Belə ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Montoneqronun Rusiyadakı səfirliyinə göndərilib.

Müəllif: Elmir Murad