14:29 - 1.10.2021
1 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarından Ermənistanı hava yolu ilə 64 076 vətəndaş tərk edib və geri qayıtmayıb.
ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, yanvar-avqust aylarında “Zvartnoç” hava limanından 701 750 sərnişin uçub.
Onlardan 653 697-i geri gəldiyi halda, 48 053 vətəndaş geri qayıtmayıb.
Həmçinin qeyd olunur ki, cari ilin 9 ayı ərzində “Şirak” hava limanından 42 141 nəfər uçub.
Bu vətəndaşlardan 16 023-ü geri qayıtmayıb.
Beləliklə, yanvar-avqust aylarında Ermənistanı 64 076 nəfər tərk edib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026