14:09 - 10.09.2021
10 sentyabr, Fineko/abc.az. Danimarka ölkə daxilində koronavirusa qarşı mübarizə ilə bağlı tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.
ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, bu addımı Avropa ölkələri arasında ilk atan Danimarka olub.
Qeyd olunur ki, sentyabrın 10-dan Danimarkada qüvvədə olan son məhdudiyyət də ləğv edilib.
Qeyd edək ki, Danimarka əhalisinin 70%-dən çoxu koronavirusa qarşı tam vaksinasiya olunub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026