16:00 - 7.04.2021
7 aprel, Fineko/abc.az. Ermənistanda sular durulmaq bilmir.
ABC.AZ xəbər verir ki, bu dəfə qadınlar İrəvanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyası təşkil edib.
Aksiyada polis və etirazçılar arasında qarşıdurma yaşanıb. Etirazçılar yürüşə Şarl Aznavur meydanından başlayaraq Respublika Meydanında yerləşən hökumət binasının qarşısında dayanıblar. Etiraz mitinqinin keçirildiyi Respublika Meydanında 15 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026