17:23 - 15.12.2020
15 dekabr, Fineko/abc.az. Gürcüstanda hökumət məhdudiyyətlərin müddətini daha 6 ay artırır.
ABC.AZ-ın məlumatına görə, bununla bağlı qanunvericilik təşəbbüsü hazırlanıb.
Qanunvericilikdə qeyd olunub ki, 6 ay müddətində koronavirusa qarşı peyvəndin Gürcüstanda əlçatan olacağı gözlənilir.
Ona görə də müddət 6 ay artırılır. Qeyd edək ki, bu ilin iyulunda adıçəkilən qanuna edilən düzəlişlərlə Gürcüstan hökumətinə 2021-ci ilin yanvarın 1-dək ölkə ərazisində fövqəladə vəziyyət elan olunmadan məhdudlaşdıcırı tədbirlər həyata keçirmək səlahiyyəti verilib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026