Yerevanı etiraz aksiyaları bürüyüb – Saxlanılanlar var

17:10 - 13.11.2020


13 noyabr, Fineko/abc.az. Bir müddətdir ki, artıq Ermənistanın paytaxtı Yervan şəhərində kütləvi etiraz aksiyaları keçirilir.

ABC.AZ-ın məlumatına görə, Yerevanın Azadlıq meydanına toplaşan etirazçılar Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Artıq etirazçılar arasında saxlanılanlar da var. Bununla yanaşı müxalifət liderlərinə qarşı repressiyanın başlandığı da vurğulanır.