10:22 - 12.11.2020
12 noyabr, Fineko/abc.az. İspaniyanın iki şəhərində turistlər uçan taksi xidmətlərindən istifadə edə biləcək.
ABC.AZ xəbər verir ki, İspaniyanın “Enaire” hava aeronaviqasiya şirkəti məlumat yayıb.
Aero-taksilərin xidmətindən 2022-ci ildə Barselona və Santiaqo-de-Kompostela şəhərlərində istifadə olunması nəzərdə tutulur. Hələlik uçan taksilərin xidmətlərindən yalnız əyləncə məqsədi ilə istifadə olunacaq.
Belə ki, mütəxəssislər bu nəqliyyat vasitəsinin ətraf mühitə təsirini qiyməndirməlidirlər.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026