Bakıda artıq 21 paytaxt marşrutu gediş üçün ödənişdə nağdsız ödəniş sistemindən istifadə edir

11:30 - 14.02.2018


14 fevral, Fineko/abc.az.  Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda nağdsız hesablaşma metodunu genişləndirmək üçün tədbirlər görməyi davam edir. 
Agentlikdən verilən məlumata əsasən,  fevralın 17-dən etibarən  kartla ödəniş sistemi (BakıKart) həmçinin 52 saylı paytaxt marşrutunda istifadə ediləcək. 

“Beləliklə, artıq 21 paytaxt marşrutu nağdsız ödəniş sistemi vasitəsilə sərnişinlərə xidmət göstərir”, - məlumatda belə deyilir.
52 saylı paytaxt marşrutu “Xaliq Faiqoğlu” MMC tərəfindən xidmət edilir.