Tbilisi təkzib etdi – Hərbi tranzit Gürcüstan ərazisindən keçirilmir

15:48 - 13.10.2020


13 oktyabr, Fineko/abc.az. Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistana hərbi daşınmaların Gürcüstan üzərindən mülki uçuşlarla həyata keçirildiyi barədə yayılan məlumatları qəti şəkildə rədd edir.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib.

O qeyd edib ki, Gürcüstanın hava məkanı vasitəsilə yalnız humanitar və mülki yüklər daşınır, bu da Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir: "Dağlıq Qarabağ bölgəsində eskalasiya baş verən kimi Gürcüstan üzərindən quru və hava yolla həm Azərbaycan, həm də Ermənistana hərbi yüklərin tranziti dayandırılıb. Bildiyiniz kimi, Qarabağda eskalasiya başlayan kimi Gürcüstan tərəfindən hərbi yüklərin tranziti həm Azərbaycan, həm də Ermənistan istiqamətində quru və hava yolu ilə dayandırıldı. Bir daha bildirmək istərdik ki, hərbi tranzit Gürcüstan ərazisindən keçirilmir. Gürcüstanın əlində olan sənədlərə görə, Gürcüstanın hava məkanında həyata keçirilən uçuşlar yalnız humanitar və mülki xarakter daşıyır və ICAO standartlarına tam uyğundur".