15:18 - 17.08.2020
17 avqust, Fineko/abc.az. Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları arasında Belarusdakı vəziyyətə dair videokonfrans keçiriləcək.
ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” səhifəsində bildirib.
“Belarusdakı vəziyyəti müzakirə etmək üçün bu çərşənbə günü saat 12:00-da Avropa İttifaqı Şurası üzvlərinin görüşünü çağıracağam. Belarus xalqı öz gələcəyinə dair qərar vermək, öz liderini sərbəst seçmək hüququna malikdir. Etirazçılara qarşı zorakılıq yolverilməzdir və məqbul sayıla bilməz”.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026