10:07 - 27.07.2020
27 iyul, Fineko/abc.az. Bəzi ölkələrdə "Twitter” sosial şəbəkəsinin fəaliyyətində nasazlıqlar yaranıb.
ABC.AZ-ın məlumatına görə, şikayətçilərin 57%-i saytın, 27%-i "iPhone" və "iPad", 14%-i isə "Android" üçün tətbiqin işində problemlər yaşayır.
Adıçəkilən sosial şəbəkənin fəaliyyətindən isə ən çox 7 ölkədəki istifadəçilər zərər çəkib. Belə ki, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Yaponiya və Rusiyadan olan istifadəçilər "Twitter”-dəki problemlərdən şikayətləniblər.
Müəllif: Elmir Murad
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026