11:24 - 8.07.2020
8 iyul, Fineko/abc.az. Rusiya koronavirusla mübarizədə dəstək üçün Qazaxıstana dərman tədarük etməyə başlayıb.
ABC.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə nazirinin müavini Oleq Qridnev "Rossiya 24" telekanalına açıqlama verib.
"Bu dərmanların siyahısı artıq müəyyənləşdirilib, humanitar yardımlar yaxın vaxtlarda Qazaxıstana çatacaq", - deyə Qridnev bildirib.
Onun sözlərinə görə, ilk yardım təyyarəsi iyulun 7-də axşam Qazaxıstana yola düşüb.
Qeyd edək ki, Qazaxıstanda 51 059 insan koronavirusa yoluxub, 264 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026